• 5 Dekabr 2023
logo
Rusiyada pandemiya dövründə COVID-19-a rekord yoluxma qeydə alınıb

Rusiyada pandemiya dövründə COVID-19-a rekord yoluxma qeydə alınıb

Rusiyada son sutka ərzində daha 125 836 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb.
Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 11 986 913 nəfərə çatıb.
Son sutka ərzində 663 nəfərin koronavirusdan öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 332 012 nəfərə çatıb.