• 26 Aprel 2024
logo
ABŞ-da neft-kimya zavodunda PARTLAYIŞ olub

ABŞ-da neft-kimya zavodunda PARTLAYIŞ olub

ABŞ-ın Texas ştatında partlayış baş verib. Trend-in məlumatına görə, partlayış neft məhsulları və kimyəvi maddələrin tədarükü ilə məşğul olan "TPC Group" şirkətinə məxsus zavodda qeydə alınıb.
Məlumata görə, zavoda yaxın ərazilərdə yerləşən yaşayış binalarında partlayışın təsirindən pəncərələrin şüşələri sınıb. Həmin ərazilərdəki sakinlərdən müvəqqəti olarfaq təhlükəsiz yerlərə daşınmaları xahiş olunub.
Partlayışın hansı səbəbdən baş verməsi məlum deyil. Başqa detallar açıqlanmır.