• 29 Mart 2024
logo
Yaponiya Rixard Zorgenin nəşi ilə bağlı açıqlama yayıb

Yaponiya Rixard Zorgenin nəşi ilə bağlı açıqlama yayıb

Yaponiya hökuməti kəşfiyyatçı Rixard Zorgenin nəşinin qaytarılması ilə bağlı Rusiyadan heç bir təklif almayıb.
RİA Novosyi xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfirliyi açıqlama yayıb.
Səfirlik təklif olmadığı üçün kəşfiyyatçının nəşinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı şərh verə bilməyəcəklərini əlavə edib.
Xatırladaq ki, əslən Bakıdan olan Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge 1933-cü ildən Sovet kəşfiyyatının agenti kimi Yaponiyada çalışıb və 1941-ci ildə ifşa olunaraq həbs edilib.
O 1944-cü ildə edam olunub və Tama qəbirstanlığında dəfn edilib.
Rusiya XİN başçısı Sergey Lavrov Zorgenin nəşinin qaytarılması üçün Yaponiyaya müraciət olunacağını açıqlamışdı.