• 29 Mart 2024
logo
Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib

Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib.
TASS-ın verdiyi xəbərə görə, bu barədə bu gün Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Növbədənkənar qurultayda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yekdilliklə “Nur Otan” Partiyasının sədri seçilib.
Tokayevin bu posta namizədliyini Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev təklif edib. Tokayevdən əvvəl partiyanın sədri vəzifəsində Nazarbayev çalışıb.