• 26 Aprel 2024
logo
Bağdad aeroportuna raket zərbələri endirilib

Bağdad aeroportuna raket zərbələri endirilib

Bağdad beynəlxalq hava limanına 6 raket zərbəsi endirilib.
Bu barədə “Əl Cəzirə” telekanalı İraqın təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, raketlərdən bir neçəsi uçuş-enmə zolağına və hava limanı binasının yaxınlığına düşüb.
İnsidentin detalları ilə bağlı araşdırmalar davam etdirilir.