• 29 Mart 2024
logo
Gürcüstanda koronavirusa sutkalıq yoluxma 17 mini ötüb

Gürcüstanda koronavirusa sutkalıq yoluxma 17 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 17 484 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 110 168, ölənlərin sayı isə 14 840 nəfərə çatıb. Virusa yoluxanlardan 981 531 nəfərin sağaldığı bildirilib.