• 20 Aprel 2024
logo
Qazaxıstanın hakim partiyasının rəhbəri sabah seçilə bilər

Qazaxıstanın hakim partiyasının rəhbəri sabah seçilə bilər

Yanvarın 28-də Qazaxıstanın hakim “Nur Otan” partiyasının qurultayı keçiriləcək.
TASS-ın verdiyi xəbərə görə, qurultayda yeni sədrin seçilməsi və partiyanın nizamnaməsində dəyişikliklərlə bağlı məsələlərə baxılacaq.
Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev xalqa videomüraciətində “Nur Otan” partiyasının növbədənkənar qurultayının keçiriləcəyini və Prezident Kasım-Jomart Tokayevin hakim partiyanın sədri seçiləcəyini bildirmişdi.
Xatırladaq ki, partiyanın hazırkı sədri Nursultan Nazarbayevdir.