• 23 Aprel 2024
logo
Robert Köçəryan prezidentliyə namizəd olmayacaq

Robert Köçəryan prezidentliyə namizəd olmayacaq

Ermənistanın sabiq prezidenti, müxalif “Hayastan” blokunun lideri Robert Köçəryan prezident postuna namizədliyini irəli sürməyəcək.
Bu barədə TASS “Hayastan” blokunun nümayəndəsi, deputat Aqnessa Xamoyana istinadən məlumat yayıb.
“Robert Köçəryan prezidentliyə namizədliyini irəli sürməyəcək. Bloka gəlincə, biz öz namizədimizi irəli sürmək imkanını müzakirə edirik”, - deputat vurğulayıb.
Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də prezident postundan istefa verib.