• 7 İyul 2022
logo
Bakılı kəşfiyyatçı Rixard Zorgenin meyitinin qalıqları Rusiyada dəfn oluna bilər

Bakılı kəşfiyyatçı Rixard Zorgenin meyitinin qalıqları Rusiyada dəfn oluna bilər

Rusiya əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin meyitinin qalıqlarını ölkə ərazisində dəfn etmək məqsədilə Yaponiya ilə danışıqlar aparır.
“İnterfax”ın verdiyi xəbərə görə, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya Yaponiyanın bu məsələnin yekun həlli ilə bağlı müsbət qərarını gözləyir.
XİN başçısı vurğulayıb ki, Rixard Zorgenin meyitinin qalıqlarını Saxalin vilayətinin cənubunda, Kuril dağ silsiləsinin cənubunda dəfn etmək təşəbbüsü var.
Qeyd edək ki, Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakıda anadan olub. Yaponiyada jurnalist adı altında xəfiyyə kimi fəaliyyət göstərən Rixard Zorge SSRİ-ni Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumatlandırıb.
Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində asılaraq edam edilib. Edamın ardından Zorgenin meyiti saxlanıldığı Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlığa dəfn edilib. Sonralar xəfiyyənin cəsədi həbsxanadan çıxarıla bilir. Nəşin yeni yeri kimi Tokionun Füçi səmtində yerləşən məzarlıq seçilib.