• 20 Aprel 2024
logo
Lavrov Qərb ölkələrini sərt tənqid edib

Lavrov Qərb ölkələrini sərt tənqid edib

“ABŞ və Qərb özləri üçün təktərəfli üstünlük təmin etmək istəyir”.
RİA Novosti xəbər verir ki, bu barədə Sergey Lavrov Dövlət Dumasında “hökumət saatı” çərçivəsində etdiyi çıxışda söyləyib.
“ABŞ və Qərb ölkələri digər ölkələrin maraqları ilə hesablaşmadan özləri üçün təktərəfli üstünlük təmin etməyə çalışırlar”.
Lavrov Qərb ölkələrinin Ukraynanı Rusiyaya qarşı aqressiv addımlar atmağa həvəsləndirdiyini də əlavə edib.
“Rusiya təhlükəsizlik təminatları ilə bağlı verdiyi təkliflərin fasiləsiz diskussiyalarda qalmasına imkan verməyəcək”.
Rusiya XİN rəhbəri Rusiyanın maraqlarının istənilən vəziyyətdə qorunacağını əlavə edib.
Lavrov ABŞ-ın Rusiyanın verdiyi təkliflərə cavabından sonra digər qurumlarla birlikdə təhlükəsizlik təminatı ilə bağlı atılacaq addımlar üçün Prezident Putinə müraciət edəcəklərini söyləyib.