• 27 Aprel 2024
logo
Ermənistanda koronavirusa yoluxanların sayı 355 662-yə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 355 662-yə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1931 yoluxma halı qeydə alınıb.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 355 662-yə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8032 nəfərə çatıb.