• 24 Aprel 2024
logo
Bişkek və Daşkənd hava limanları işini bərpa edib

Bişkek və Daşkənd hava limanları işini bərpa edib

Mərkəzi Asiya ölkələrində elektrik enerjisi verilşində yaranmış fasilə aradan qaldırılır.
TASS xəbər verir ki, Qırğızıstanda bütün hava limanları, o cümlədən Bişkek hava limanı fəaliyyətini bərpa edib.
Elektrik enerjisinin verilişi bərpa olunduqdan sonra Daşkənd aeroportu da işinə yenidən başlayıb.
Elektrik enerjisi böhranı Qazaxıstan, Qırğızıstan və Özbəkistanı birləşdirən yüksək gərginlikli elektrik xəttində baş verən qəza ilə əlaqələndirilir.