• 25 Aprel 2024
logo
Gürcüstanda Omicron ştamına yoluxanların sayı 1600-ə çatıb

Gürcüstanda Omicron ştamına yoluxanların sayı 1600-ə çatıb

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına yoluxma nisbəti 90%-ə çatıb.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze keçirdiyi mətbuat konfransında məlumat verib.
Bildirib ki, qarşıdakı iki həftə ərzində ölkədə virusa yoluxanların sayının daha da artması gözlənilir.
A.Qamkrelidzenin sözlərinə görə yoluxanların 90%-i heç bir xəstəlik əlamətləri və ya simptomlar hiss etmirlər, bəzi hallarda isə yüngül simptomlar müşahidə edilir.
Baş epidemioloq qeyd edib ki, Gürcüstanda laborator şəraitdə təsdiqlənmiş Omicron ştamına yoluxma hallarının sayı hazırda 1600-ə çatıb və onlardan 16-nın xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.