• 19 Aprel 2024
logo
Ermənistandan Rusiyaya gedən yeganə quru yolu bağlanıb

Ermənistandan Rusiyaya gedən yeganə quru yolu bağlanıb

Güclü qar səbəbilə Ermənistandan Rusiyaya gedən yeganə quru yolu Gürcüstan ərazisində bağlanıb.
Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi yayıb.
Bildirilib ki, qar səbəbi ilə Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars gömrük keçid məntəqəsinə aparan beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi seksiyasında hərəkət dayanıb, yola yük maşınlarının daxil olmasına icazə verilmir. Digər növ maşınların hərəkəti isə maneəsiz davam edir.
Mtsxeta-Stepantsminda-Lars magistral yolu Gürcüstan ərazisdində keçməklə Ermənistandan Rusiyaya gedən yeganə magistral yoldur.