• 20 Aprel 2024
logo
Ermənistan XİN başçısı Lüksemburqa gedəcək

Ermənistan XİN başçısı Lüksemburqa gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqa səfər edəcək.
“Sputnik Armenia” xəbər verir ki, 25-26 yanvar tarixlərini əhatə edəcək səfər zamanı Mirzoyan Lüksemburqun Baş naziri Ksavye Bettel, Deputatlar Palatasının spikeri Fernand Etyen və xarici işlər naziri Jan Asselbornla görüşəcək.
Mirzoyan Lüksemburq universitetini də ziyarət edəcək.