• 20 Aprel 2024
logo
Gürcüstanda koronavirusdan daha 31 nəfər ölüb

Gürcüstanda koronavirusdan daha 31 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 947 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 059 392, ölənlərin sayı isə 14 732 nəfərə çatıb.
Virusa yoluxanlardan 967 585 nəfərin sağaldığı bildirilib.