• 29 Mart 2024
logo
Bosniya da silkələndi

Bosniya da silkələndi

Bosniya və Herseqovinada Rixter cədvəli ilə 5,4 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, yeraltı təkanlar paytaxt Sarayevodan 75 kilometr cənubda qeydə alınıb.

Episentr yerin 10 kilometr dərinliyində olub.

Zəlzələ nəticəsində itki və ya fəsadların olması barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, səhər saatlarında Albaniyada 6,4 bal gücündə zəlzələ baş verib, 7 nəfər həlak olub, yüzlərlə sakin xəsarət alıb.