• 24 Aprel 2024
logo
Gürcüstanda koronavirusa sutkalıq yoluxma 11 mini ötüb

Gürcüstanda koronavirusa sutkalıq yoluxma 11 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 11 039 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 041 749, ölənlərin sayı isə 14 673 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 956 627 nəfərin sağaldığı bildirilib.