• 25 Aprel 2024
logo
Lavrov-Blinken görüşü başa çatıb

Lavrov-Blinken görüşü başa çatıb - YENİLƏNİB

İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında keçirilən görüş başa çatıb.
RİA Novosyi xəbər verir ki, görüş 1,5 saat davam edib.
Tərəflərin danışıqların nəticəsi olaraq jurnalistlər üçün ayrı-ayrılıqda brifinq keçirəcəyi gözənilir.
***
14:10
İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.
Təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək görüşlərdə Rusiya ilə ABŞ və NATO münasibətləri, Ukraynada vəziyyət, Moskvanın NATO-nun təhlükəsizlik təminatı ilə bağlı verdiyi təkliflər və s. müzakirə ediləcək.
Danışıqlardan sonra Lavrov və Blinkenin ayrı-ayrılıqda media nümayəndələri üçün brifinq keçirəcəyi elan olunub.