• 29 Mart 2024
logo
Kuleba: "Kremlin Ukrayna planı uğur qazansa, onun iştahı daha da artacaq"

Kuleba: "Kremlin Ukrayna planı uğur qazansa, onun iştahı daha da artacaq"

"Müttəfiqlərimiz bizi təkcə sözlə deyil, həm də əməlləri ilə, o cümlədən Ukraynaya daha çox hərbi dəstək verməklə və diplomatik səylərini əlaqələndirməklə sübut edirlər".
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Rusiyanın Ukraynaya aqressiyasına qarşı beynəlxalq ictimaiyyətin güzəştsiz reaksiya göstərməli olduğunu deyən xarici işlər naziri Kuleba Rusiyanın təcavüzünün real olduğunu və bunun 2014-cü ildən davam etdiyini deyib. "Bu aqressiya insanların həyatını almağa davam edir və Rusiyanın yenidən güc tətbiq edə biləcəyi ilə bağlı real ehtimal var. Buna görə də, Rusiyanın mümkün işğalının miqyasından asılı olmayaraq, qətiyyətli və məsuliyyətli reaksiya vermək çox vacibdir. Bu kontekstdə xatırlamaq yerinə düşər ki, Rusiya bundan əvvəl də dəfələrlə nümayiş etdirib ki, Ukraynaya pərdə altında, nizami qoşunlarını və ya proksi-qüvvələrininin göstərmədən hücum edə bilər".
Dmitri Kuleba bildirib ki, Rusiya Ukrayna cəmiyyətini və biznes mühitini yeni hərbi əməliyyatın qaçılmaz olacağı ilə hədələməklə çaxnaşma yaradaraq, Ukraynanın iqtisadi və maliyyə sabitliyini pozmağa çalışır.
Nazir Kuleba deyib ki, Rusiya rəhbərliyini Qərbin ən sərt sanksiyaları tətbiq etməkdən çəkinəcəyinə inandırmaq olmaz. "Aktiv diplomatiya və güclü siyasi mesaj Moskva öz aqressiv planlarını dayandırana qədər davam etməlidir."
Ukrayna XİN rəhbəri ABŞ-ın Ukraynaya özünümüdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək 200 milyon ABŞ dolları dəyərində yeni hərbi dəstək paketinin ayrılması ilə bağlı qərarını çox aktual və vaxtında verilən qərar adlandırıb.
"“Şimal axını 2” nin işə salınmasından imtina Rusiyaya qarşı geniş çəkindirmə paketinin tərkib hissəsi olmalıdır və Rusiya-Ukrayna silahlı münaqişəsinin mümkün həllində potensial effektiv amil ola bilər. “Şimal axını 2” kartını Rusiya deyil, Qərb oynamalıdır, lakin bunun üçün qəti və ardıcıl fəaliyyət lazımdır. Biz “Şimal axını 2”nin sırf biznes yönümlü olması fikrini qəti şəkildə rədd edirik. Kəmərin istismarı Rusiyaya Ukraynaya qarşı yeni hərbi hücuma keçmək üçün daha geniş imkanlar verəcək. Daha da vacibi odur ki, bu kritik məqamda Rusiya Ukraynaya qarşı müharibə aparmaq və Avropanı sarsıtmaq qabiliyyətini gücləndirmək üçün iqtisadi və maliyyə imkanlarından məhrum olmalıdır".
Dmitri Kuleba Rusiyanın Ukrayna sərhədlərində qoşunlarını gücləndirməsinə baxmayaraq, Kremlin artıq hücum etmək qərarına gəldiyini göstərən heç bir siqnalın olmadığını deyib. "Belə olan halda biz diplomatiyaya çox diqqət yetirməliyik. Diplomatlar nə qədər uzun danışsa, bir o qədər yaxşıdır.
Yadda saxlamalıyıq ki, Rusiyanın təcavüzü təkcə Ukrayna-Rusiya problemi deyil, bu, daha çox bütün Avropa və Avro-Atlantik təhlükəsizlik sistemi üçün problemdir. Kremlin Ukrayna planının uğur qazanmasına icazə verilsə, onun iştahı daha da artacaq və Qərbin Rusiya ilə daha çox problemlə üzləşəcəyi ehtimalı var. Ona görə də bütün səyləri və enerjini Rusiyanın qarşısını almaq, Krımın və Donbasın bir hissəsinin işğaldan azad edilməsini təmin etmək və Moskvanı beynəlxalq hüquq normalarına qaytarmaq üçün cəmləşdirmək çox vacibdir", - ukraynalı nazir vurğulayıb.