• 19 Aprel 2024
logo
Rusiya XİN İsveç və Finlandiyanı NATO-ya qoşulmamağa çağırıb

Rusiya XİN İsveç və Finlandiyanı NATO-ya qoşulmamağa çağırıb

Rusiya Xarici İşlər Nazirliyi (XİN) NATO Baş katibi Yens Stoltenberqin alyansın İsveç və Finlandiyanı üzv kimi qəbul etməyə hazır olması ilə bağlı açıqlamasına münasibət bildirib.
Bu barədə Rusiya XİN-in saytında xarici işlər naziri Sergey Lavrovun ötən ilin yekunlarına dair illik mətbuat konfransında KİV-lərin göndərdiyi suallara yazılı cavablarda qeyd olunub.
Rusiya XİN bu cür açıqlamaları İsveç və Finlandiyanın siyasətinə xarici təsir cəhdi kimi xarakterizə edib.
Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiyanın bu ölkələrlə uzunmüddətli dostluq münasibətləri var və bloka üzv olmayan ölkələr olaraq İsveç və Finlandiya Avropanın təhlükəsizliyinin formalaşmasına töhfə verir: "Biz inanırıq ki, indiki böhran dövründə bloklara qoşulmamaq statusu dövlətlərin öz təhlükəsizliyini təmin etməsi üçün ən təsirli yoldur.
NATO ilə danışıqların gündəliyinə gəlincə, biz üç əsas element əsasında qurulmuş bu gündəliyi formalaşdırmışıq: NATO-nun genişlənməsinin dayanması, Rusiya sərhədləri yaxınlığında zərbə silahı sistemlərinin yerləşdirilməməsi, blokun 1997-ci ildə imzalanmış Rusiya-NATO Təsis Aktı konfiqurasiyasına qaytarılması".
XİN-in açıqlamasında qeyd olunub ki, Rusiya NATO-un vəd etdiyi yazılı reaksiyanı gözləyir.