• 20 Aprel 2024
logo
Britaniya Ukraynaya 30-a yaxın xüsusi təyinatlı hərbçi göndərib

Britaniya Ukraynaya 30-a yaxın xüsusi təyinatlı hərbçi göndərib

Britaniya Ukraynaya 30-a yaxın xüsusi əməliyyat hərbçisi göndərib.
“Sky News” telekanalı xəbər verir ki, hərbçilər Ukrayna ordusuna Böyük Britaniya tərəfindən hədiyyə edilən yeni tank əleyhinə raket sistemlərini öyrətmək üçün bu ölkəyə gəlib.
Ordunun yeni yaradılmış Xüsusi Əməliyyatlar Briqadasının bir hissəsi olan Reyncer Alayının üzvləri Ukraynaya hərbi təyyarələrdə uçublar.
Bu günə qədər Böyük Britaniya Ukraynaya 2 minə yaxın tank əleyhinə raket buraxılış qurğusu göndərib.
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Ben Vallas ötən gün açıqlamasında Rusiyanın öz sərhədində 100 minə yaxın hərbçini toplamasından sonra ölkəsinin Ukraynanı yardım etdiyini bildirib.