• 20 Aprel 2024
logo
Saakaşvilinin Gürcüstana qayıtmasına yardım etmiş şəxslər azadlığa buraxılıb

Saakaşvilinin Gürcüstana qayıtmasına yardım etmiş şəxslər azadlığa buraxılıb

Tbilisi Şəhər Məhkəməsi sabiq Prezident Mixeil Saakaşvilinin Gürcüstana qeyri-qanuni yollarla qayıtmasına yardım etmiş dörd nəfərin azadlığa buraxılması barədə qərar qəbul edib.
Məhkəmənin bu gün keçirilən iclasında hakim Giorgi Keratişvili işlə əlaqədar saxlanılan şəxslər Elquca Tsomaia, ata və oğul Giorgi və Zurab Tsotsorialar və Giorgi Narimanidzenin girov müqabilində azadlığa buraxılması barədə qərar çıxarıb. Saxlanılan şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.
Saxlanılan şəxslər ağır cinayəti ört-basdır etməkdə, dövlət sərhədini qanunsuz keçməyə yardım etməkdə ittiham edilirdilər.
Qeyd edək ki, Ukraynadan Gürcüstana qeyri-qanuni yollarla qayıtmış Gürcüstanın üçüncü Prezidenti M. Saakaşvili ötən il oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə nəql edilib.