• 20 Aprel 2024
logo
Baltikyanı ölkələr Ukraynaya tank əleyhinə raket sistemləri göndərir

Baltikyanı ölkələr Ukraynaya tank əleyhinə raket sistemləri göndərir

ABŞ Dövlət Departamenti Latviya, Litva və Estoniyaya ABŞ istehsalı silahların Ukraynaya göndərilməsinə icazə verib.
“Reuters”in verdiyi xəbərə görə, Dövlət Departamentinin icazəsi ilə Estoniya “Javelin” tank əleyhinə raketlərini, Litva isə “Stinger” raketlərini Ukraynaya göndərə biləcək.
ABŞ-ın ixrac tənzimləmələrinə əsasən, ölkələr ABŞ-dan əldə etdikləri silahların üçüncü tərəfə ötürülməsindən öncə Dövlət Departamentindən təsdiq əldə etməlidirlər.
Dövlət Departamentindən ABŞ-ın Estoniya, Litva, Latviya və Böyük Britaniyaya öz inventarlarındakı ABŞ istehsalı silahların Ukraynaya göndərilməsini təsdiqlədiyi bildirilib. Lakin bu ölkələrin Ukraynaya hansı silahların göndəriləcəyi ilə bağlı detallar açıqlanmayıb.