• 20 Aprel 2024
logo
ABŞ Dövlət katibi: “Biz Ukraynanın yanındayıq”

ABŞ Dövlət katibi: “Biz Ukraynanın yanındayıq”

“Ukrayna ətrafında baş verənlər təkcə bizim və tərəfdaşlarımızın diqqətini cəlb etmir, bu, hər kəsin diqqətini çəkir”.
Bunu Ukraynada səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken Kiyevdə ABŞ səfirliyində çıxışı zamanı deyib.
O bildirib ki, Rusiyanın Ukrayna ətrafında yaratdığı gərginliyin həlli üçün iki yol var: “Birinci yol diplomatiya və dialoqdur. Bütün fikir ayrılıqları sülh yolu ilə və diplomatiya vasitəsilə həll edilməlidir. Bu yol ən çox önəm verilən, məsuliyyətli yoldur və biz təbii ki, bu yolu seçmək istəyirik. Əgər Rusiya yenidən aqressiya nümayiş etdirərsə, bunun nəticələridir və Rusiya bu nəticələrlə üzləşəcək. Digər yol isə budur. Biz bu iki yolla bağlı tərəfdaşlarımızla işləyirik, addımlarımızı koordinasiya edirik”.
Dövlət katibi qeyd edib ki, onun ölkəsinin niyə bu məsələyə fokuslanmağı ilə bağlı suallar verilir: “Biz Ukrayna xalqının yanındayıq, biz illər boyu bu ölkə ilə yaxın əməkdaşlıq qurmuşuq, lakin bu məsələ həm də Ukraynadan böyükdür. Çünki Rusiyanın etdikləri beynəlxalq sistemin əsasında dayanan əsas prinsiplərə qarşıdır və bu bütövlükdə beynəlxalq sistemə təhdiddir”.
E. Blinkenin sözlərinə görə, əgər bir ölkə digərinə diktə edərsə, onun suveren seçiminə mane olarsa, bir ölkə güc vasitəsindən istifadə edərək ölkə sərhədlərinin dəyişməyə cəhd edərsə və bütün bunları norma halına gətirərsə, bu, beynəlxalq sistem üçün təhlükəli vəziyyətə gətirib çıxaracaq: “Beynəlxalq prinsiplərin pozulmasına cəzasızlıqla cavab verəcəyimiz halda biz böyük bir “Pandora qutusunu” açmış olacağıq”.