• 20 Aprel 2024
logo
Almaniyada inflyasiya 30 illik maksimuma çatıb

Almaniyada inflyasiya 30 illik maksimuma çatıb

Almaniyada ötən ilin dekabr ayında illik inflyasiya bir ay əvvəlki 5,2%-dən 5,3%-dək sürətlənib.
Bu barədə Almaniyanın Federal Statistika İdarəsinin açıqlamasında deyilir.
Beləliklə, Almaniyada illik inflyasiya 1992-ci ilin iyunundan bəri ən yüksək həddə çatıb. Həmin il ölkədə inflyasiya 5,8% səviyyəsində olub.
Almaniyada istehlak qiymətləri aylıq olaraq dekabrda 0,5% artıb.