• 30 İyun 2022
logo
Alman nazir: “SSRİ xalqlarına çəkdirdiyimiz iztirabları heç nə kompensasiya edə bilməz”

Alman nazir: “SSRİ xalqlarına çəkdirdiyimiz iztirabları heç nə kompensasiya edə bilməz”

Almaniyanın İkinci Dünya müharibəsi illərində SSRİ xalqlarına çəkdirdiyi iztirabları heç nə kompensasiya edə bilməz.
Bnu Almaniyanın xarici işlər naziri Annalena Berbok rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Berbok Moskvaya ilk səfəri zamanı Kremlin divarları yaxınlığındakı Naməlum Əsgərin məzarına gül dəstəsi qoyduğunu söyləyib: “Almaniyanın xarici işlər naziri kimi orada olmaq məni utanc və ehtiramla doldurur. Sovet İttifaqı xalqlarına çəkdirdiyimiz iztirabları heç nə kompensasiya edə bilməz”.