• 24 Aprel 2024
logo
Nazarbayev Tokayevin hakim partiyanın sədri seçiləcəyini bildirib

Nazarbayev Tokayevin hakim partiyanın sədri seçiləcəyini bildirib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tezliklə hakim partiya “Nur Otan”ın sədri seçiləcək.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev xalqa videomüraciətində deyib.
Qeyd edək ki, Qazaxıstanda hakim “Nur Otan” partiyası növbədənkənar qurultay keçirməyə hazırlaşır. Məlumata görə, qurultayda “Nur Otan” partiyasına sədrliyin eks-prezident Nursultan Nazarbayevdən hazırkı Prezident Kasım-Jomart Tokayevə keçməsi gözlənilir.