• 20 Aprel 2024
logo
Rusiyanın daimi nümayəndəsi: “ATƏT Avroatlantik məkanda vəziyyətə təsir etmək iqtidarında deyil”

Rusiyanın daimi nümayəndəsi: “ATƏT Avroatlantik məkanda vəziyyətə təsir etmək iqtidarında deyil”

Rusiya təhlükəsizliklə bağlı təkliflərini ATƏT-də müzakirə etməyəcək.
RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Aleksandr Lukaşeviç bildirib.
”Biz öz təşəbbüslərimizlə bağlı ATƏT-də heç bir müzakirə aparmayacağıq. Bu, beynəlxalq hüquqi statusu olmayan amorf bir strukturdur”, - rusiyalı diplomat vurğulayıb.
Lukaşeviç deyib ki, ATƏT-in nə nizamnaməsi, nə də təsis sənədi var və hazırkı vəziyyətdə Avroatlantik məkanda vəziyyətə hər hansı şəkildə təsir etmək iqtidarında deyil.