• 19 May 2022
logo
Çin əhalisinin sayı açıqlanıb

Çin əhalisinin sayı açıqlanıb

2021-ci ilin sonuna Çin əhalisinin sayı 1 milyard 412,6 milyon nəfərə çatıb.
Bu barədə Çin Xalq Respublikasının Milli Statistika İdarəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, bura Honkonq və Makao xüsusi inzibati bölgələrinin və Tayvanın əhalisi daxil deyil.
Hesabatda deyilir ki, 2021-ci ildə materik Çinin əhalisinin sayı 480 min nəfər artıb.
Eyni zamanda, ölkədə 10,62 milyon uşaq doğulub. Bu, hər 1 000 nəfərə 7,52 doğuş deməkdir.
Statistikaya görə, materik Çində 723,11 milyon kişi və 689,49 milyon qadın var.
O cümlədən şəhər əhalisi son bir ildə 12,05 milyon nəfər artaraq 914,25 milyon nəfərə, kənd sakinlərinin sayı isə 11,57 milyon nəfər azalaraq 498,35 milyon nəfərə çatıb.