• 29 Mart 2024
logo
Kreml Poroşenkonun Ukraynaya qayıdışı ilə bağlı vəziyyəti izləmir

Kreml Poroşenkonun Ukraynaya qayıdışı ilə bağlı vəziyyəti izləmir

Kreml sabiq prezident Pyotr Poroşenkonun Ukraynaya qayıtması ilə bağlı vəziyyəti izləmir.
Bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, biz bunu izləmirik. Poroşenko Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin siyasi rəqiblərindən biridir. O, müxalifətdədir. Amma bu, bizim yaxından izləyəcəyimiz məsələ deyil”, - D. Peskov əlavə edib.
Kremlin sözçüsü onu da qeyd edib ki, Zelenskinin siyasi opponentləri Ukraynada çətin günlər keçirirlər: “Bu göz qabağındadır. Biz bunu qeyd edirik”.