• 16 Aprel 2024
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 656 yoluxma halı qeydə alınıb, 32 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 999 343, ölənlərin sayı isə 14 481 nəfərə çatıb. Virusa yoluxanlardan 931 507 nəfərin sağaldığı bildirilib.