• 22 Yanvar 2022
logo
Gürcüstanda Omicrona yoluxanların əksəriyyəti gənclərdir

Gürcüstanda Omicrona yoluxanların əksəriyyəti gənclərdir

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamı həftə sonunadək dominant ştam olacaq.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, bu göstərici hazırda 45% təşkil edir və həftə sonunadək 60%-ə çatacağı proqnozlaşdırılır.
Baş epidemioloq qeyd edib ki, hazırda ölkədə təkrar yoluxma halları 16% təşkil edir, yoluxanların əksəriyyətini isə gənclərdir. A. Qamrelidze virusla mübarizədə istifadə edilən vaksinlərin “buster” dozasının Omicron ştamına qarşı mübarizədə effektiv olduğunu vurğulayıb.