• 27 Yanvar 2022
logo
Zaxarova Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin sabahkı görüşünə münasibət bildirib

Zaxarova Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin sabahkı görüşünə münasibət bildirib

Dialoq Türkiyə və Ermənistan arasındadır.
Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Rusiyanın yanvarın 14-də Moskvada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı keçiriləcək görüşdən hansı gözləntiləri olduğuna dair suala cavabında bildirib.
“Biz bu formata daxil deyilik. Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlər, dialoqun qurulması, təmasların normallaşdırılması barədə prinsipial mövqeyimizi dəfələrlə ifadə etmişik, işdə və praktikada da kömək etmişik”, - Rusiya XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, sabah Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü keçiriləcək.