• 1 İyul 2025
logo
KTMT kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar imzalanıb

KTMT kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar imzalanıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar qəbul olunub.
TASS-ın verdiyi xəbərə görə, bu barədə KTMT-ya üzv ölkələrin Müdafiə Nazirlərinin Şurasının növbədənkənar iclasında birgə qərar imzalanıb.
Qərarı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan müdafiə nazirləri imzalayıb.
Kontingentin çıxarılması prosesinin sabah başlayacağı və yanvarın 19-da Qazaxıstandan tam çıxarılacağı vurğulanıb.