• 24 Yanvar 2022
logo
KTMT-nin Qazaxıstandakı komandanı sülhməramlı missiyanın uğurla başa çatdığını bəyan edib

KTMT-nin Qazaxıstandakı komandanı sülhməramlı missiyanın uğurla başa çatdığını bəyan edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri tez bir zamanda vətəndaşların təhlükəsizliyini təmin edə və Qazaxıstandakı strateji obyektlərin fəaliyyətinə zəmanət verə bilib.
Bu barədə Qazaxıstandakı KTMT sülhməramlı kontingentinin qruplaşmasının komandanı general-polkovnik Andrey Serdyukov bildirib.
O, sülhməramlı kontingentə xitabən qeyd edib ki, sülhməramlılar qısa müddət ərzində vətəndaşların təhlükəsizliyini təmin edib, vəziyyətin sabitləşməsinə kömək edə biliblər, eyni zamanda, strateji obyektlərin fasiləsiz fəaliyyətini təmin edbilər.
A.Serdyukov vurğulayıb ki, Qazaxıstanda sülhməramlı əməliyyat uğurla başa çatıb, kontingentə verilən bütün tapşırıqlar yerinə yetirilib: “Hərbçilərimiz çiyin-çiyinə qardaş qazax xalqını müdafiə edərək cinayətkar və terrorçu qrupların Qazaxıstanın konstitusiya quruluşuna və bütövlüyünə qəsd etmələrinə imkan vermədilər”.
Komandan həmçinin çoxmillətli sülhməramlı kontingentin həyatının və məişətinin təmin edilməsi məsələlərinin həllində göstərdiyi köməyə görə Qazaxıstan Müdafiə Nazirliyinin rəhbərliyinə xüsusi təşəkkürünü bildirib.