Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasının fəaliyyətini çox yüksək qiymətləndirib.
RİA “Novosti”nin verdiyi xəbərə görə, Tokayev bildirib ki, sabahdan KTMT kontingentinin Qazaxıstandan çıxarılmasına başlanılır.
O qeyd edib ki, müvafiq ölkələrin rəhbərləri ilə danışıqlar aparıb.