• 24 Yanvar 2022
logo
Kremlin Rusiya-ABŞ danışıqlarından sonra gözləntiləri nikbin deyil

Kremlin Rusiya-ABŞ danışıqlarından sonra gözləntiləri nikbin deyil

Kreml təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiya-ABŞ məsləhətləşmələri barədə nikbinlik üçün səbəb görmür.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələ ki nikbinlik üçün səbəb görmürük. Məsləhətləşmələr müsbət qiymətə layiqdir və bu müsbət qiyməti xarici işlər nazirinin müavini Sergey Ryabkov tərəfindən verilib. Danışıqlar baş tutub, açıq, substantiv və birbaşa keçib”,- deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar baş tutub. Danışıqların növbəti raundu Brüsseldə Rusiya-NATO Şurasının iclası çərçivəsində və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı meydançasında keçiriləcək.