• 19 Yanvar 2022
logo
Gürcüstanda daha 46 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 46 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 486 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 968 313, ölənlərin sayı isə 14 264 nəfərə çatıb.
Virusa yoluxanlardan 916 421 nəfərin sağaldığı bildirilib.