• 27 Yanvar 2022
logo
Tokayev KTMT kontingentinin 2 gündən sonra ölkədən çıxarılacağını bildirib

Tokayev KTMT kontingentinin 2 gündən sonra ölkədən çıxarılacağını bildirib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin əsas missiyası başa çatıb. İki gündən sonra kontingentin Qazaxıstandan mərhələli şəkildə çıxarılmasına başlanılacaq.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
O, qoşunların çıxarılmasının 10 günə başa çatacağını əlavə edib.
Xatırladaq ki, son hadisələrlə bağlı Qazaxıstana üzvü olduğu KTMT-nin Rusiya, Belarus, Tacikistan, Ermənistan və Qırğızıstandan olan sülhməramlı kontingenti yerləşdirilib.