• 4 İyul 2025
logo
ATƏT sədri və Qazaxıstan XİN rəhbərinin telefon danışığı olub

ATƏT sədri və Qazaxıstan XİN rəhbərinin telefon danışığı olub

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi arasında telefon danışığı olub.
Bu barədə ATƏT sədri "Twitter"də bildirib.
“Muxtar Tleuberdi ilə telefon danışığımın mövzusu Qazaxıstandakı vəziyyət idi. ATƏT sədri kimi mən ATƏT-in öhdəliklərinin, o cümlədən insan haqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğuladım”, - Polşa XİN rəhbəri qeyd edib.