• 24 Yanvar 2022
logo
İranda COVID-19-dan ölənlərin sayı 131 915-ə çatıb

İranda COVID-19-dan ölənlərin sayı 131 915-ə çatıb

İranda ötən sutka ərzində 37 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 915 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1932 nəfər koronavirusa yoluxub.
Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 208 337 nəfərə çatıb.