• 22 Yanvar 2022
logo
İrlandiya peyvənd olunmuş turistlərdən PCR testi tələb etməyəcək

İrlandiya peyvənd olunmuş turistlərdən PCR testi tələb etməyəcək

İrlandiya yanvarın 13-dən peyvənd olunmuş xarici turistlərdən mənfi COVID-19 testi (PCR test) tələb etməyəcək.
"Reuters"in verdiyi məlumata görə, bu barədə İrlandiyanın Baş naziri Maykl Martin deyib.
Ölkəyə gələn peyvənd olunmamış turistlərdən isə hələ də gəlməmişdən 72 saat əvvəl alınan mənfi nəticəli PCR testi tələb olunacaq.
Qeyd edək ki, ölkəyə gələnlər üçün qaydaların sözügedən yumşalmasına baxmayaraq, hazırda İrlandiyada COVID-19-un "Omicron" variantı geniş yayılıb və bu səbəbdən hökumət gecə klublarının, pabların və restoranların saat 20:00-dan sonra fəaliyyətini qadağan edib.