• 22 Yanvar 2022
logo
Tokayev KTMT-ni ölkəyə dəvət etməsini BMT nizamnaməsi ilə əsaslandırıb

Tokayev KTMT-ni ölkəyə dəvət etməsini BMT nizamnaməsi ilə əsaslandırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin ölkəyə çağırılmasının qanunsuz olub-olmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Tokayev KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışında bu məsələyə də toxunub.
Onun sözlərinə görə, KTMT qüvvələrinin necə tətbiq olunması ilə bağlı deyilənlər düzgün deyil: “Ortaya qoyulan faktlara baxmayaraq bir sıra mənbələr bunun Qazaxıstanda hakimiyyətin dinc asayişçilərlə mübarizə apardığını bildirirlər. Bu tamamilə dezinformasiyadır. Biz heç bir zaman silahlı qüvvələrimizi dinc nümayişçilərə qarşı istifadə etməməşik və etməyəcəyik. Bunu bilən Qazaxıstana hücum edən təşkilatçılar bir neçə aqressiya dalğası təşkil etdilər. Dediyim kimi əvvəl dinc etirazlar baş verdi. Sonra isə xüsusi ilə də Almatıda siyasi mitinqlər keçirildi. Daha sonra isə şəhərə üç istiqamətdən silahlı dəstələr hərəkət etməyə başladı. Əvvəl onlar özlərini dinc nümayişçi kimi qələmə verdilər. Daha sonra baş verənlər isə yəqinki, tarixə Almatı faciəsi kimi düşəcək. BMT nizamnaməsi hər bir dövlətin xaricdən silahlı hücum zamanı individual və ya kollektiv müdafiəsi hüququnu tanıyır. Yaxın vaxtlarda ilkin araşdırma başa çatandan sonra biz dünya ictimiayyətinə Qazaxıstana qarşı terror hücumu hazırlanması ilə bağlı əlavə sübutlar təqdim edəcəyik. Biz görürük ki, ayrı-ayrı KİV-lər, beynəlxalq institutlar yalan informasiyalar yaymaqda davam edirlər”.
Tokayev BMT, ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatların iğtişaşlar zamanı törədilən cinayətlərin araşdırılmasında maraqlı olduqlarına inandığını qeyd edib.