İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Çinə səfər edəcək.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, səfər həftəsonu baş tutacaq.
Səfər çərçivəsində İran və Çin arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair 25 illik yol xəritəsinin hazırlanması haqda danışıqlar aparılacaq.