• 7 İyul 2025
logo
Tokayev: "Qazaxıstandakı hadisələrə uzun müddətdir hazırlıq gedib"

Tokayev: "Qazaxıstandakı hadisələrə uzun müddətdir hazırlıq gedib"

Qazaxıstan müstəqillik tarixinin geniş miqyaslı və ən ağır böhranını yaşadı.
Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının onlayn formatda keçirilən növbədənkənar sessiyasında Qazaxıstan prezidenti Kasım Jomart Tokayev bildirib.
O, Qazaxıstandakı hadisələrə uzun müddətdir ki, hazırlıq getdiyini söyləyib: “İstintaq nəticələri bunu göstərəcək”.
Tokayev ölkəsində baş verən etiraz aksiyalarından da danışıb. O, etiraz edənlərin qanuni tələblərinin dövlət tərəfindən yerinə yetirildiyini vurğulayıb.
Qazaxıstan Prezidenti hökumətin yeni tərkibi ilə bağlı yanvarın 11-də təklif verəcəyini də əlavə edib.