• 27 Yanvar 2022
logo
Qazaxıstanda iğtişaşlara görə tutulanların sayı 8 minə çatır

Qazaxıstanda iğtişaşlara görə tutulanların sayı 8 minə çatır

Qazaxıstanda törədilmiş iğtişaşlarla bağlı ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanan şəxslərin sayı 8 minə çatır.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Qazaxıstan qurumlarının rəsmi informasiyasını yayan operativ qərargahdan bildirilib.
“İndiyədək ölkə üzrə 7 939 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları Milli Qvardiyanın hərbçiləri və xüsusi bölmələrlə birgə Almatının iki bazarında 207 nəfəri saxlayıb. Polis qaçırılmış beş avtomobil, ticarət malları, odlu və soyuq silahlar müsadirə edib”, - deyə məlumatda qeyd olunur.