• 24 Yanvar 2022
logo
ABŞ-ın dövlət katibi: "ABŞ Ukraynanı müdafiə vasitələri ilə təmin etməyə davam edəcək"

ABŞ-ın dövlət katibi: "ABŞ Ukraynanı müdafiə vasitələri ilə təmin etməyə davam edəcək" - YENİLƏNİB

"ABŞ Ukraynanı müdafiə xarakterli hərbi aktivlərlə təmin etməyə davam edəcək".
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken təhlükəsizlik üzrə Rusiya-Amerika danışıqları ərəfəsində CNN telekanalına müsahibəsində deyib:
“Biz aydın şəkildə açıqladıq ki, Ukraynanın özünü müdafiə edə bilməsi üçün onu müdafiə xarakterli hərbi texnika ilə təmin etməklə onu dəstəkləməyə davam edəcəyik".
Blinken əlavə edib ki, “həmçinin aydındır ki, Rusiyanın növbəti aqressiyası halında NATO daha da güclənəcək”.
***
Saat 18:25

"ABŞ Ukraynanı müdafiə vasitələri ilə təmin etməyə davam edəcək".
Bunu ABŞ Dövlət Departamentinin baş katibi Entoni Blinken deyib.
Xəbər yenilənəcək.