• 25 Yanvar 2022
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 959 874 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 959 874 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 842 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 959 874, ölənlərin sayı isə 14 187 nəfərə çatıb. Virusa yoluxanlardan 912 443 nəfərin sağaldığı bildirilib.