• 24 Yanvar 2022
logo
Qazaxıstanda vəziyyət sabitləşib

Qazaxıstanda vəziyyət sabitləşib

Qazaxıstanın qarşıdurmalar baş vermiş bütün ərazilərində vəziyyət sabitləşib.
Bunu Qazaxıstanın daxili işlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayev deyib.
“Hazırda ölkədə qayda-qanunun tam bərpası üçün antiterror əməliyyatları davam edir. Bu günə olan məlumata görə bütün vilayətlərdə vəziyyət sabitləşib. Güc strukturları hökumət binalarını azad ediblər. Kommunal obyektlərin fəaliyyəti bərpa olunub” – deyə, Turqumbayev bildirib.